- Baxış sayı: 169
- 19 Yanvar 2025 17:17
- Baxış sayı: 169
- Yanvar 19, 2025
- 0
Bu gün sərbəst, yunan-Roma və qadın güləşçləri arasında Dünya Kubokunun püşkatması keçirilıb. Allsport.az saytı xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 17:00-da İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində baş tutub. İdman həvəskarları püşkatma mərasimini canlı izləyiblər.
Nəzərinizə çatdıraq ki, “klassiklər” fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda, qadınlar 7-8 martda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində və sərbəst güləşçilər aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində mübarizə aparacaqlar. Ötən ilin dünya çempionatında hər üç növ üzrə milli komandalarımız Dünya Kubokunda iştirak hüququ qazanıb.
Yunan-Roma güləşi
“A qrupu” – İran, AZƏRBAYCAN, İsveç, Almaniya
“B” qrupu – Rusiya, Macarıstan, Ermənistan, Türkiyə
Qadın güləşi
“A” qrupu – Yaponiya, Polşa, ABŞ, AZƏRBAYCAN
“B” qrupu – Rusiya, Ukrayna, Monqolustan, İsveç
Sərbəst güləş
“A” qrupu – Rusiya, Kuba, ABŞ, Monqolustan
“B” qrupu – İran, Belarus, AZƏRBAYCAN, Türkiyə