- Baxış sayı: 34
- 16 Dekabr 2025 10:00
- Baxış sayı: 423
- Dekabr 15, 2025
- 0
Sərbəst və yunan-Roma güləşi üzrə dünya kubokunun püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, mərasim ötən həftə Türkiyənin İstanbul şəhərində Rio-2016-ya vəsiqə verən təsnifat turniri zamanı keçirilən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında baş tutub.
“Klassiklər” mayın 19-20-də İranın Şiraz, “sərbəstlər” iyunun 11-12-də ABŞ-ın Los Anceles şəhərlərində mübarizə aparacaqlar. Ötən il keçirilən eyni rəqabətdə yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə dünya kubokunun sahibi olub; sərbəst güləşçilərimiz yarışları 3-cü yerdə başa vurublar.
Yunan-Roma güləşi
A qrupu
Rusiya
Belarus
Almaniya
Qazaxstan
B qrupu
İran
AZƏRBAYCAN
Türkiyə
Ukrayna
Sərbəst güləş
A qrupu
Rusiya
Gürcüstan
Türkiyə
Monqolustan
B qrupu
İran
AZƏRBAYCAN
Hindistan
ABŞ