- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçiriləcək. Allsport.az xəbər verir ki, püşkatma mərasimi yanvarın 14-də Bakı vaxtı ilə saat 17:00-da İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində baş tutacaq.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku 7-8 martda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində və sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq.
Ötən ilin Dünya çempionatında hər üç növ üzrə güləş yığmalarımız Dünya Kuboku yarışlarında iştirak haqqı qazanıb.