- Baxış sayı: 256
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Red Bull” Bakının rəmiz məkanlarından birində möhtəşəm layihə həyata keçirib. Allsport.az saytı xəbər verir ki, sleklayn üzrə 3-qat dünya çempionu və bir neçə dünya rekordunun sahibi olan Red Bull atleti Yaan Ruz, “Alov qüllələri” arasında 3 sleklayn üzərində tarixi bir gəzinti həyata edib.
Layihə “Odlar yurdu” adı ilə tanınan ölkəmizin “Alov qüllələri”nin simasında paytaxtımızın möhtəşəm memarlıq nümunələrini və tarixi mədəniyyətini tanıtmağı hədəfləyib. O, ən hündür nöqtəsi 183 metr olan bu sleklayn üçbucağında 200, 135 və 135 metr uzunluğundakı üç müxtəlif səviyyəli sleklayn üzərində gəzib.
İlk gedişini günəşin çıxması ilə səhər saatlarında həyata keçirib. Daha sonra bu gedişi gün batımı və gecə vaxtı təkrarlayıb. Bu, onun karyerasında etdiyi ən qeyri-adi sleklayn layihələrindən biri olub. Bakı küləyi, şəhərin səsləri və işıqları ilə birlikdə sleklaynın müxtəlif səviyyələrdə olması Yan üçün bu gəzintini daha mürəkkəbləşdirib.