Dünya sıralamasında növbəti sınaq

Həftəsonu Mərakeşdə çimərlik güləşi üzrə dünya sıralamasının növbəti mərhələsi baş tutacaq.

Allsport.az xəbər verir ki, Kasablanka çimərliyində baş tutacaq yarışda ölkəmizi 2 güləşçi təmsil edəcək. Bu il sayca 3-cü dəfə keçiriləcək dünya sıralamasının bu mərhələsində də əvvəlki kimi, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcək.

Sabah əvvəlcə ilkin mərhələdə mübarizə baş tutacaq və bütün qrup iştirakçıları müəyyənləşəcək. Daha sonra qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. Bazar günü isə güləş həvəskarları qruplarda son qarşılaşmalara, ardınca pley-offa, ən sonda isə medallar uğrunda qarşılaşmalara şahidlik edəcək.

Həmin kateqoriyadan