- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

İyunun 10-11-də Sinqapurda çimərlik güləşi üzrə dünya sıralamasının 2-ci mərhələsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi Rübail İbrahimli (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcəklər.
Ayın 10-da qrup mərhələsinin görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsinin son turu, pley-off görüşləri və medallar uğrunda qarşılaşmalar baş tutacaq.
İlk görüşlər Bakı vaxtı ilə 06:00-da başlayacaq. Həlledici qarşılaşmalar isə bazar günü 12:30-da start götürəcək.