- Baxış sayı: 27
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Qoliat” ekspedisiyasını Xəzər dənizində davam etdirmək qərarına gələn Karl Buşbi və Anjela Maksvel Qazaxıstandan Azərbaycana üzərək keçiblər. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin və Bakı şəhər halqası əməliyyat şirkətinin dəstəyi və təşkilatçılığı ilə dəniz səyahəti Aktau şəhəri yaxınlığındakı sahildən başlayıb.
Hər 2 səyyah Azərbaycana çatmaq üçün 41 gün ərzində 288 kilometr məsafə qət edib. Səyahət zamanı onlarla 2 gənc idmançımız – Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov da üzüblər.
Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış 2 macəraçıdır. Karl Buşbi bu missiyaya hələ 1998-ci ilin noyabrında 38 min kilometrlik məsafəni qət etməklə başlayıb.
Həmkarı Anjela Maksvel son 7 il ərzində 4 qitədə – 14 ölkədə olub, susuz səhraları, qarlı dağları gəzərək ümumilikdə 32 min 186 kilometr məsafə qət edib.