- Baxış sayı: 68
- 03 Mart 2026 22:44
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Komo”nun hücumçusu Alişa Lehmann karyerasını yenidən İngiltərədə davam etdirəcək.
Allsport.az xəbər verir ki, isveçrəli futbolçunun “Lester”ə transferi baş tutmaq üzrədir.
Yanvarın 21-də İngiltərə klubunun məşq bazasına yollanan 26 yaşlı forvard artıq komanda ilə birgə məşqlərə qatılıb.
Alişa Lehmann daha əvvəl İngiltərədə “Vest Hem”, “Everton” və “Aston Villa” klublarında çıxış edib. O, “Yuventus”un heyətində “A” seriyasının çempionu və ölkə kubokunun qalibi olub.



