Dünyanın ən arzulanan sarışınını evində gizlədibmiş – FOTO

Əfsanəvi xokkeyçi Ueyn Qretskinin şəxsi həyatına dair maraqlı fakt üzə çıxıb.
Allsport.az xəbər verir ki, məlumat “Pamela. Məhəbbət hekayəsi” adlı sənədli filmdə açıqlanıb.

Filmə görə, 1990-cı illərin seks-simvolu Pamela Anderson rokçu Tommi Li ilə səs-küylü boşanma prosesi zamanı, ərinın fiziki zorakılığına məruz qaldıqdan sonra sığınacaq olaraq məhz Qretskinin evini seçib.

1998-ci ildə Tommi Li hamilə olan Andersona qarşı fiziki zorakılıq tətbiq etdikdən sonra həbs cəzası alıb. Aktrisa həmin gün evdən gedərək, istintaq müddətində sığınacaq kimi onilliklər boyu dostluq etdiyi Ueyn Qretskinin evində qalıb.

Film Qretskinin bu çətin vəziyyətdə dostuna dəstək olaraq əsl kişi kimi davrandığını vurğulayır. Qretski 2857 xalla NHL tarixinin bombardiridir.

Həmin kateqoriyadan