- Baxış sayı: 8
- 05 Dekabr 2025 15:59
- Baxış sayı: 65
- Dekabr 05, 2025
- 0

“Qrasshopper” klubunun hücumçusu Ana Mariya Markoviçin İsveçrə çempionatında aldığı zədə ciddi çıxıb. Allsport.az saytı xəbər verir ki, həkimlər onun gələn aydan məşqlərə yüngül başlayacağını deyiblər. İndi o, yalnız qoltuq ağaclarında hərəkət edir.
Martın 4-ündə “Sürix”lə matçda xorvatiyalı dizindən ağır zədə alıb və 58-ci dəqiqədə həkimlərin köməyi ilə meydanı tərk etmək məcburiyyətində qalıb.
“Qrasshopper”in kişilərdən ibarət klubunda millimizin hücumçusu Renat Dadaşov yer alıb. Gözəlçə ötən ilin noyabrında “Dalğa arena”da qadın seçməmizə qarşı yoldaşlıq oyunlarında içıxış edib.

