Duranın durumu bilindi

“Qarabağ”ın zədələnən futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.

Allsport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

“Çempionlar liqasının pley-off mərhələsində “Nyukasl” ilə cavab oyununda zədələnən Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır. Həkimlər yekun rəy verdikdən sonra ətraflı məlumat veriləcək”, – deyə klubdan bildirilib.

Duran İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində sıradan çıxıb.

Həmin kateqoriyadan