İsrafilov: “Hədəfim dünya çempionatında oynamaqdır”

Azərbaycan yığmasının və İspaniyanın “Qranada” klubunun yarımmüdafiəçisi Eddi İsrafilov “Marka” qəzetinə müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Qranadadakı həyatınız necə keçir?
– Əla. Mən burada çox xoşbəxtəm. Bu, yaxşı və müasir şəhərdir. Hərdən oynayıram. Amma daha çox oynamaq istərdim. Bu, mənim Primeroda ilk ilimdir. Səbr edib gözləmək lazımdır.

– Xoakin Kaparrosun istefasına münasibətiniz necədir?
– Bu, xoşagəlməz hal idi. Kaparros çox yaxşı insandır. Məhz onun rəhbərliyi altında mən Primeroda debüt etmək şansı qazandım. Hər şeyin yaxşı olacağına ümidliyəm.

– Dörd il ərzində siz “Nou Kamp” da daxil olmaqla, müxtəlif stadionlarda oynamısınız. Təəssüratlarınız?
– Arzum həyata keçdi. Əvvəllər bu stadionu televizordan görürdün, indi isə həmin arenada oynayırsan. Bundan daha yaxşı nə ola bilər?

– Primero ilə Sequnda arasında nə fərq var?
– Fərq böyükdür. Xüsusən də sürət və oyun keyfiyyəti baxımından.

– Primerodakı hədəfiniz nədən ibarətdir?
– Növbəti hədəfim İspaniya çempionu olmaq və dünya çempionatında oynamaqdır.

– “Real”la oyundan nə gözləyirsiniz?
– “Qranada”nın bu matçdakı əsas hədəfi üç xaldır.

– Sizə daha çox hansı mövqedə oynamaq rahatdır?
– Mən özümü daha çox müdafiə olunanda yaxşı hiss edirəm. Amma irəlidə oynamaq da komfortludur.

– Digər ölkələrdən də təkliflər var idi. Hansı çempionatda oynamağa razı olardınız?
– Bəli, təkliflər var idi. İngiltərə varıantı mövcud idi. Premyer Liqa məni cəlb edir. “Qranada” mənim buraya gəlməyim üçün xeyli güc sərf etdi.

– Azərbaycan yığmasını niyə seçdiniz?
– Mənim anam oralıdır. Mənim bu yığmada oynamağımı çox istəyirdilər. Bu, ətraflı düşünülmüş addımdır.

Həmin kateqoriyadan