- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İspaniyanın “Qranada” klubunun futbolçusu Eddi İsrafilov Azərbaycan millisində oynamağa razılıq verib. Allsport.az xəbər verir ki, bu barədə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib.
Onun sözlərinə görə, AFFA-nın baş katibi Elxan Məmmədovla yarımmüdafiəçinin valideynləri və meneceri arasında keçirilən bugünkü görüş müsbət nəticələnib. Qurum rəsmisi qeyd edib ki, millimizin baş məşqçisi Robert Prosineçki İsrafilovu nə vaxt yığmaya dəvət etsə, o zaman futbolçu komandanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, anası azərbaycanlı, atası isə anqolalı olan 22 yaşlı Eddi İsrafilov müqavilə ilə İspaniyanın “Mursiya” klubuna məxsusdur. O, hazırda icarə qaydasında La Liqada mübarizə aparan “Qranada”da çıxış edir.
Xatırladaq ki, bundan öncə AFFA rəsmi səviyyədə bildirmişdi ki, Eddi İsrafilov Azərbaycan millisində oynamaq üçün bir milyon dollar tələb edib.