- Baxış sayı: 52
- 27 Yanvar 2026 10:22
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0
İspaniya La Liqasında 29-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Qranada” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Madrid “Real”ı ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:9 hesablı darmadağını ilə başa çatıb. Eddi matçın 57-ci dəqiqəsində – komandası 0:7 hesabıyla məğlub durumda olarkən çıxıb.
Qeyd edək ki, İsrafilovun komandası hazırda 23 xalla 19-cu pillədə qərarlaşıb.