- Baxış sayı: 11
- 24 Noyabr 2024 19:40
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Tam fərqli iki hissə izlədik. Fikrimcə, ilk dəqiqələrdə biz pis oynamırdıq, qol epizodları da yaradırdıq. Sadəcə, Vobayın ustalığı nəticəsində hesabda geriyə düşdük. Oyunun dönüş nöqtəsi Sankonun qırmızı vərəqə alması idi. İkinci hissədə yarımmüdafiəni daha da gücləndirdik və cərimə zərbələrinə ümid edirdik. Çox şadam ki, özümüzdə güc tapdıq və dönüş edə bildik. Burada azarkeşlərimizin də böyük rolu var. Onları təbrik edirəm”.