- Baxış sayı: 88
- 02 Mart 2026 14:02
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Malayziyada 2.1 kateqoriyalı “Tour of Peninsular” davam edir. Allsport.az saytı xəbər verir ki, Tokio-2020 oyunlarına lisenziya xalları verən veloturda 2-ci mərhələ arxada qalıb.
İlk yarış günündə finiş xəttini 1-ci keçən Elçin Əsədov 157 km-lik 2-ci mərhələni 3 saat 30 dəqiqə 43 saniyə göstərici ilə lider qrupda tamamlayıb.
Bu isə velosipedçimizə ən yaxın izləyicisini 4 saniyə qabaqlamaqla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan “sarı köynəyi” özündə saxlamağa imkan verib.
2-ci mərhələni ümumi qrupla başa vuran yığma komandamızın digər üzvü Samir Cəbrayılov isə Elçindən 32 saniyə geri qalmaqla təsnifatda 12-cidir.