- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
21-26 avqustda Parisdə güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Olimpiya Güləş Mərkəzində KİV üçün açıq məşqdə AGF-nin vitse-prezidenti Elçin Cəfərov hazırlıqla bağlı məlumat verdi:
“Hər iki yığma komandada vəziyyət yüksək səviyyədədir. İdmançıların hamısı bir neçə gündən sonra başlanacaq dünya çempionatına səylə hazırlaşıblar. Hazırlıq çox yaxşı səviyyədə gedir. Hamımız ölkəmizi təmsil edəcək güləşçilərdən yüksək nəticələr gözləyirik. Əhval-ruhiyyə də çox yüksəkdir.
Hər şey qaydasındadır. İdmançılar yaxşı nəticə göstərmək, məşqçilər hazırlıq prosesi, rəhbərlik isə bu işlərə nəzarətlə məşğuldur. Dünya çempionatına kim necə hazırlaşıbsa, ondan o cür də nəticə gözləyirik. Yaxşı hazırlaşanlar yaxşı nəticə göstərəcəklər, pis hazırlaşanlardan isə nəticə gözləməyə dəyməz.
Hər bir komandadan 2-3 medal gözləyirik. Bu da ümumi komanda hesabında ilk “5-liy”ə düşmə şansı verir. İnanıram ki, güləşçilərimiz və məşqçilər korpusu bu işin öhdəsindən gələcəklər.”