- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bakı İdman Sarayında gənc yunan-Roma güləşçilərin Azərbaycan birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak ediblər.
Rəqabətin 2-ci günündə 169 pəhləvan gücünü sınayıb. Bütün görüşləri qələbə ilə başa vuran Zülfüqar Əliyev (50 kq), Zaur Nuriyev (55 kq), Kamran Mirzəliyev (60 kq), Namaz Rüstəmov (66 kq), Ülvi Qənizadə (74 kq), Tuncay Vəzirzadə (84 kq), Nizami Şəmilov (96 kq) və Cavid Feyziyev (120 kq) qızıl medal qazanıblar.
Bütün çəki dərəcələrində mükafatçılar sırasında düşə bilən idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə təltif olunublar. Medalçılar, həmçinin yığma komandanın heyətinə cəlb ediləcəklər.