- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Serbiya paytaxtı Belqradda güləşçilərin dünya çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə “klassiklər”də 4 çəkidə mükafatçılar bilinib.
55 kq-da Eldəniz Əzizli 1/8 finalda italiyalı Covanni Freniyə 8:0 qalib gəlib. Dünya və Avropa çempionu 1/4 finalda yaponiyalı Şiotani Yuya aman verməyib – 10:0. O, sonra amerikalı Maks Nourini 9:0 üstələyib və 4-illik fasilədən sonra finala yüksəlib.
Həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia da azərbaycanlı bahadırın önündə aciz qalıb – 0:8. Eldəniz onu son Avropa çempionatının finalında da məğlub etmişdi.