- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə beynəlxalq yarışda “klassiklər”imizdən Eldəniz Əzizli (55 kq) baş mükafata sahib çıxdı. Xeyli vaxtdır meydandan kənar qalan təcrübəli pəhləvan, allsport.az saytına açıqlamasında bunun səbəbini belə izah edib:
“Dünya Güləş Birliyində islahat nəticəsində, mənə münasib olan 55 kq ləğv olunmuşdu. 59 kq-da isə çıxış etmək çətin idi. Amma qaydalar yenə dəyişdi və mən doğma çəkimə qayıtdım.
Kiyevdə 4 görüşdə qalib gəldim. Hamısını da təmiz qələbə ilə uddum. İkinci nəfəsim açılmışdı. Qarşıda Avropa çempionatı var. Vətənə qayıtdıqdan sonra, İnşAllah, həmin yarışa hazırlaşacağıq”.