- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Dünya güləş birliyi fevralın 1-dən 5-dək Zaqrebdə keçiriləcək ilin ilk reytinq turnirinə üç ulduz seçib.
Allsport.az xəbər verir ki, UWW sərbəst güləşdən olimpiya çempionu Həsən Yazdanini (İran), qadın güləşindən olimpiada çempionu Yui Susakini (Yaponiya), yunan-Roma güləşindən isə Azərbaycan yığmasının liderlərindən biri, iki-qat dünya və Avropa çempionu Eldəniz Əzizlini turnirin ulduz siması kimi fərqləndirib.
Turnirdə Azərbaycanın 31 güləşçisinin iştirakı gözlənilir.