- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Həftəsonu Xorvatiyada güləş açıq Zaqreb turniri yunan-Roma üsulu ilə mübarizə aparan bahadırlarımıza düşərli olmadı. Allsport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə 15-nəfərlik milli komanda vur-tut 1 dəst medal qazandı. Bu mükafatlardan cəmi 2-si olimpiya çəkisinə daxil idi.
Ümumilikdə isə, BOK-un proqramında güləş növlərində 6 çəki dərəcəsinə yer verilib. Çox güman, məşqçilər heyəti yarışın nəticəsini təhlil edəcək, Paris-2024 ərəfəsində lisenziya xarakterli dünya çempionatına qədər kollektivi düzgün hazırlaya biləcək. Adı çəkilən yarış 16-24 sentyabrda Serbiya paytaxtı Belqradda keçiriləcək. Elə də çox müddət qalmayıb.
Zaqreb turnirində başqa bir məqam da diqqətimizi çəkdi. Azərbaycan güləş federasiyasının elan etdiyi səfər siyahısında 55 kq-da yer alan Eldəniz Əzizli mübarizədə gözə dəymədi. Onun barəsində rəsmi heç bir məlumat getmədi: zədəli idi, xəstələnmişdi, iranlı güləşçilərlə görüşə çıxmaq istəməyib və ya digər ehtimallar.
2-qat dünya və 2-qat Avropa çempionu ötən ilin sonlarında bildirmişdi ki, yeni mövsüm özünü 60 kq-da, yəni olimpiya çəkisində sınayacaq. Həmin çəkidə də onun adına rast gəlmədik. Bu 2 çəkidə baş mükafatlar Arazın o tayından olan pəhləvanlara qismət olub. 60 kq-da finalda iranlı bizim Nihat Məmmədlini üstələyib.
AGF-in rəsmi orqanında (http://awf.az/) Eldənizin Zaqrebdə taleyi barədə bilgi yoxdur. Federasiyanın baş katibi Nəsimi Musayev də məsələyə aydınlıq gətirməyib. Misal üçün, səfər siyahısında yer alan digər yunan-Roma güləşçilərimizin nəticələri və qadınların yarışında 50 kq-da Mariya Stadnikin yarımfinal görüşünə niyə çıxmaması (gerçək səbəbi göstərilməsə də) qeyd olunub. Görünür, AGF-in rəsmisi ötən ilin sentyabrından milli komandalara maaşların artımı vədini davam etdirməklə məşğuldur. Söz verilən maaşlar isə hələ də artmır…