Eldəniz gümüşlə, İslam bürünclə kifayətləndi

Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyada keçirilən Avropa çempionatında medal qazanıb.

Allsport.az xəbər verir ki, Eldəniz Əzizli (55 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medal əldə edib.

O, finalda Dünya güləş birliyinin bayrağı altında yarışan rusiyalı Emin Seferşayevə (1:1) məğlub olub.

Digər təmsilçimiz bürünc medal uğrunda görüşdə ukraynalı Yaroslav Filçakovu üstələyib – 2:1.

63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov moldovalı Vitaliy Yeremenkoya uduzaraq bürünc medalı əldən verib.

130 kq-da Beka Kandelaki təsəlliverici qarşılaşmada ermənistanlı David Ovasapyanı 2:0 hesabı ilə məğlub edib. Kandelaki bürünc medal uğrunda görüşdə isə almaniyalı Yelle Kramerdən zəif olub -1:1.

Həmin kateqoriyadan

azenrutr