Bəşir İsazadə – yeni olimpiya dərəcəli hakim! 2 referimiz millidən beynəlxalq kateqoriyaya yüksəldi!
- Baxış sayı: 181
- 19 Dekabr 2025 22:43


Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatı davam edir.
Allsport.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Komandamız mundialda 1 dəst medal qazanıb.
Əbdurrəhman Hüseynli (45 kq) ukraynalı Timur Məhərrəmova tam üstünlüklə (9:0) qalib gələrək bürünc medal qazanıb.
Hikmət Haqverdiyev (51 kq) finalda özbəkistanlı Atabəy Dursunova 1:4 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.
Əli Nəzərov (60 kq) həlledici görüşdə qırğızıstanlı Amangəldi Ysakbayevə heç bir fürsət tanımayıb. Rəqibini 6:1 hesabıyla üstələyən həmyerlimiz dünya çempionu olub.
Yusif Əhmədli (71 kq) bürünc medal görüşündə iranlı Məhəmməd Kazımiyə minimal fərqlə (3:4) məğlub olub.
Səid Paşayev (92 kq) gündüz seansında təsəlliverici görüşlərə çıxıb və moldovalı Vladislav Vasilevskiylə (9:0) qazaxıstanlı Ədalət Toişiyə (tuş) vaxtından əvvəl qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli Əhməd Uzuna 0:5 hesabıyla uduzaraq, 5-ci yerlə kifayətlənib.
DÇ-də 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan millimiz 100 xal toplayaraq, komanda hesabında Qırğızıstanla 4-5-ci yerləri bölüşüb.