- Baxış sayı: 68
- 01 Mart 2026 12:23
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

VI İslam həmrəyliyi oyunlarında gümüş medal qazanan qadınlardan ibarət milli komandamızın hücumçusu Marqarita Stepanenko açıqlama verib.
Allsport.az xəbər verir ki, o, çempion olmaq istədiklərini söyləyib:
“Gümüş medal qazanmağımız münasibətilə komandamızı təbrik edirəm. Digər komandalar kimi biz də birinci yeri tutmaq istəyirdik. Əlimizdən gələni etdik, olmadı, gümüş medal qazandıq. Komandamızda gənc oyunçular da var və bu yarış onlar üçün böyük təcrübə oldu. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyik”.