- Baxış sayı: 34
- 23 Aprel 2025 16:25
- Baxış sayı: 48
- Aprel 24, 2025
- 0
Aprelin 11-də CSI2* kateqoriyalı konkur üzrə “Bahar kuboku” beynəlxalq turnirinin yekunları məlum olub. Allsport.az xəbər verir ki, turnirin final günü jokeylər vaxtı, 145 santimetr hündürlükdə olan maneələri nəzərə almaqla keçirilən yarışda iştirak ediblər.
Təkrar tullanmalardan sonra qalib müəyyən edilib. Yarışlara yalnız əsas hissədə cərimələnməmiş idmançılar buraxılmışlar. Vaxt üzrə ən yaxşı nəticə göstərmiş Elmar Abdullayev yarışın qalibi olub. Mükafatlı yerləri qazanmış idmançılara sertifikat və kubok təqdim olunub.
Qeyd edək ki, bu turnirin iştirakçılarının topladıqları xallar növbəti Olimpiya Oyunlarında iştirak etməyə lisenziya almaq üçün ümumi aktivə daxil edilir.