Elmar Aliyev: Ən azı, 3-cü yerə sahib ola bilərdim

İslam oyunlarda ağırlıqqaldıranların mübarizəsinə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 56 kq-da Azərbaycanı Elmar Aliyev təmsil edib. O, toplam 233 kq (103+130) nəticə ilə 6-cı yeri tutub. İdmançı yarışdan sonra AAAF TV-yə müsahibə də verib:
“Medala ümidim çox idi. Məşqlərdə çox əziyyət çəkmişdim və hazırlıq zamanı etdiyim nəticəni göstərə bilsəydim, ən azı, üçüncü yerə sahib ola bilərdim. Əslində, bu, idman şanssızlığı idi: birdən qaldırmada əlim yırtıldı, təkanla qaldırmada isə ayağımdan zədə aldım. İnşallah, növbəti yarışlarda belə şanssızlıq olmaz”.

Həmin kateqoriyadan