- Baxış sayı: 268
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün qadın güləşi üzrə son medalçılar müəyyənləşib.
Gültəkin Şirinova (57 kq) təsəlliverici görüşdə türkiyəli Əminə Çaxmağa 7:5 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rumıniyalı Georgiana Lirkayla bacarmayıb – 2:9.
Elnurə Məmmədova (53 kq) finalda rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşıb. Rəqibinə 3:0 hesabıyla qalib gələn Elnurə Avropa çempionu olub.
Ruzanna Məmmədova (65 kq) bürünc medal görüşündə ukraynalı Oleksandra Rıbaka 2:8 hesabıyla məğlub olub.
Dünən Günay Qurbanova (59 kq) fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.