- Baxış sayı: 313
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-4-cü günlərində meydan qadınlara verilib.
Elnurə Məmmədova (55 kq) polşalı Angelika Mitkovskaya 12:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda isveçli Emma Malmqrenə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Elnurə bürünc medal uğrunda moldovalı Mihaela Samoillə 14:7 qalib gəlib.
Şahanə Nəzərova (50 kq) moldovalı Mariya Leordaya 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda litvalı Qabija Diliteyə uduzub.
Nigar Mirzəzadə (68 kq) ilk mərhələdə slovakiyalı Suzanna Molnara məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nigar təsəlliverici görüşə çıxıb və polşalı Karolina Kozlovskaya 4:2 hesabıyla qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Karolina Poka (2:10) uduzan Mirzəzadə qitə birinciliyini 5-ci pillədə başa vurub.