- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Fevralın 20-26-da Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq, hazırlıq çərçivəsində ayın 24-də Ukraynanın “Şaxtyor” klubu ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Robert Prosineçki toplanışa “Qəbələ”nin 4 futbolçusunu dəvət edib. Allsport.az xəbər verir ki, onlardan üçü – Ruslan Abışov, Cavid Hüseynov və Rəşad Sadiqov əvvəllər də yığmanın formasında çıxış ediblər. 20 yaşlı Elvin Camalov isə ilk dəfə əsas yığmaya çağırılıb.
Yarımmüdafiəçi bununla bağlı fikirlərini klub saytı ilə bölüşüb: “Hər futbolçunun arzusudur ki, milli komandanın formasını geyinsin. Bu üzdən hər oyunçu yığmadan dəvət gözləyir. Mən də əsas millidən dəvət almaq istəyirdim. Bunun üçün də məşqlərdə məsuliyyətlə çalışıb, üzərimdə işləyirdim. Çox sevinirəm ki, yığmanın Türkiyə toplanışına çağırılan heyətində yer almışam. Mənə inandıqları üçün milli komandanın məşqçilərinə təşəkkür edirəm. Toplanış çərçivəsindəki hazırlıqlarda da, qazanacağım halda “Şaxtyor”la qarşılaşmada da mənə göstərilən etimadı doğrultmağa çalışacağam”.