- Baxış sayı: 18
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
FİFA-nın Avropa milli assosiasiyaları departamentinin direktoru Elxan Məmmədov, Moldovada işgüzar səfərdə olub.
Allsport.az saytı xəbər verir ki, o, yerli futbol federasiyasının icraçı direktoru Adrian İksari ilə görüşüb, paytaxtın “La İzvor” parkında çimərlik futbolu arenasını gəzib. Həmyerlimiz Adrian İksar ilə stadionda keçirilən çimərlik futbolu və digər idman növlərinin inkişafında infrastrukturun əhəmiyyətini müzakirə edib.
Elxan Məmmədov 2020-ci il avqustun 27-də arenaya gələn ilk FİFA rəsmisi olub. Azərbaycanlı funksioner bu gün həmçinin Ukrayna futbol assosiasiyasına işgüzar səfər edəcək. Onun sabah Moldova futbol federasiyasının baş katibi Nikolae Çebotar və icraçı direktor Adrian İskarla görüşü planlaşdırılır.