- Baxış sayı: 31
- 10 Aprel 2025 23:36
- Baxış sayı: 56
- Aprel 10, 2025
- 0
1-ci divizionda çıxış edən “Şuşa Qarabağ” klubunun fəaliyyətini dayandırmasının səbəbləri Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən araşdırılır. Allsport.az saytı xəbər verir ki, nazir Azad Rəhimov işğal olunmuş Şuşanın adını daşıyan komandanın aqibəti ilə bağlı AFFA-dan rəsmi izahat istəyib.
Sportinfo.az-ın məlumatına görə,”Şuşa Qarabağ”ın prezidenti və baş məşqçisi Nadir Qasımovun Heydər Əliyev Fonduna müraciətindən sonra bu məsələ aktuallaşıb. Fonddan GİN-ə göndərilən məktubda baş verənlərin araşdırılması istənilib.