- Baxış sayı: 299
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmələrin Avropa çempionatında yunan-Roma güləşçimiz Rihad İbrahimli (110 kq) qalib olub. Allsport.az saytı xəbər verir ki, o, hava limanında sevincini KİV-lə bölüşüb:
“Şükür Allaha, çempion oldum. Belarus və Polşa güləşçilərinə qalib gələrək yarımfinala yüksəldim. Ən çətin görüşüm yarımfinalda oldu. Ukraynalı rəqibimi 4:1 hesabıyla üstələdim.
Finalda isə bolqarıstanlı güləşçini “tuş”la məğlub etdim. Dünya çempionatında da qızıl medal qazanmağı hədəfləmişəm. İnşallah, yaxşı məşq edib, buna nail olacağıq”.