- Baxış sayı: 42
- 08 Fevral 2026 13:31
- Baxış sayı: 148
- Fevral 08, 2026
- 0

Qadın futbol millisinin baş məşqçisi Siyasət Əsgərov, Avropa çempionatının pley-offunun püşkünü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, rəqibin güclü olduğunu deyib:
“Potensial rəqiblərin hamısı yaxşı idi. Ancaq aralarında ən güclüsü bizə düşdü. Pley-offda zəif rəqib olmur. Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdur. Onların gücləri hər kəsə bəllidir”.