- Baxış sayı: 96
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Səudiyyə Ərəbistanının paytaxtında VI İslam həmrəyliyi oyunlarında çıxış edəcək qadın həndbolçulardan ibarət millimizin rəqibləri müəyyənləşib.
Allsport.az saytı xəbər verir ki, qızlarımız Qazaxıstan, Pakistan və Qətər yığmaları ilə birgə “B” qrupunda yer alacaq. “A” qrupunda isə Türkiyə, İran, Qvineya və Maldiv adaları mübarizə aparacaqlar.
İslamiadada həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək.
Xatırladaq ki, qadın əltopu millimiz 2017-ci ildə Bakıda təşkil olunan eyni oyunlarda qızıl, 2022-ci ildə Türkiyənin Konya şəhərində keçirilən tədbirdə gümüş medal qazanıb.