- Baxış sayı: 31
- 26 Fevral 2026 22:44
- Baxış sayı: 44
- Fevral 26, 2026
- 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ın çempionlar liqasının 1/8 final mərhələsinə yüksəlməsi münasibətilə komandanı təbrik edib.
Allsport.az xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsində “Yuventus”u iki oyunun nəticəsinə görə (5:2, 2:3) mübarizədən kənarlaşdırıb.
Gənclər və idman naziri Osman Eşqin Bax matçdan sonra paltardəyişmə otağında futbolçular və texniki heyətlə görüşərək onları qələbə münasibətilə qutlayıb. Prezident Ərdoğan isə baş məşqçi Okan Buruqla telefon əlaqəsi saxlayıb.
“Qalatasaray növbəti mərhələyə yüksəldi. Bu, ölkəmiz üçün həqiqətən böyük nailiyyətdir”, – deyə Türkiyə dövlət başçısı qeyd edib.