- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Macarıstan paytaxtı Budapeştdə qitə çempionatında yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) gümüş medala yiyələnib. Allsport.az saytı xəbər verir ki, o, çıxışını belə dəyərləndirib:
“Komanda hesabında Avropa çempionu olmağımız münasibətilə Azərbaycan xalqını və bütün güləşsevərləri təbrik edirəm. Daha öncə AÇ-də gümüş və bürünc medal qazanmışdım. Bu dəfə məqsədim qızıl medal idi. Ancaq qismət olmadı. Bir qədər zədələrim buna imkan vermədi.
Qarşıdan gələn İslam həmrəyliyi oyunlarına, dünya çempionatına və Bakıda keçiriləcək dünya kubokuna daha yaxşı hazırlaşıb, qızıl medal qazanmaq istəyirəm. Erməni güləşçi idmançıya yaraşmayan hərəkətlər edirdi. Ancaq onun bu davranışları mənə heç bir təsir göstərmədi.
Ötən il Avropa çempionatında da Qraçya Poqosyana qalib gəlmişdim. Yəqin ki, ardıcıl 2-ci məğlubiyyəti həzm edə bilmədi. Bəlkə də fikirləşirdi ki, mən də ona qarşı artıq hərəkət edərəm, ikimizi də yarışdan uzaqlaşdırarlar. Səbr etdim və qələbəmlə onun cavabını vermiş oldum”.