Ermənistan klubuna keçən millimizin sabiq üzvü danışdı

Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq müdafiəçisi Şamil Qurbanov Ermənistanın “Uliss” klubuna transferindən danışıb. Allsport.az xəbər verir ki, azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

“Uliss”ə keçməyim mümkündür. Amma hələ müqavilə imzalanmayıb. Menecerim necə desə, elə də olacaq”.

“Azərbaycan yığmasında perspektivim? Fikrimcə, belə bir perspektiv onsuz da yoxdur. Milli komandaya son dəvətim məni çox məyus etdi. Xüsusilə də insanların mənə münasibəti. Məşqçilər korpusunda yer alan şəxslərdən gözləmədiyim münasibəti gördüm”.

“Ad açıqlamayacağam. Amma bu, Bernard Lippert deyildi. O, məni çox bəyənirdi. U-19-da rəhbərliyi altında oynadığım Vəli Qasımova da böyük hörmətim var. O, doğrudan da böyük insandır. Amma çətin ki, mən bir daha orada oynayım”.

“Azərbaycan yığmasını çoxdan unutmuşam. Artıq sakitləşmişəm və qərara gəlmişəm ki, bir daha ora gəlməyim. Ermənistan klubunda oynamağım mümkün olsa da, hələ heç bir müqavilə yoxdur. Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim var. Hər iki xalqa hörmətim var. Amma mən bu münaqişənin iştirakçısı deyiləm. Sadəcə, futbol oynamaq istəyirəm. Mən siyasətçi yox, adi bir Rusiya vətəndaşıyam”.

“Başa düşürəm ki, yerli oyunçu kimi Azərbaycan klublarında daha çox pul qazana bilərdim. Amma mənə kömək edə biləcək yolla gedirəm”.

Həmin kateqoriyadan