- Baxış sayı: 27
- 18 Mart 2025 16:27
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
“Turan Tovuz” Azərbaycan premyer liqasının XXVII turunda evdə “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olub.
Allsport.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Qurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib:
“Əfsuslar olsun ki, hər oyunda bizə baha başa gələn səhvlər buraxırıq. Təəssüf ki, son oyunlarda buraxdığımız səhvlər nəticəyə təsir edən səhvlərdir. İzah etmək çətindir. Oyundan öncə hər şeyi izah edirik, göstəririk. Evdə məğlub olmaq xüsusi üzücüdür. Qarşısına avrokubok hədəfi qoyan komanda belə oynamamalıdır”.