“Everton” “Çelsi”ni məhkəməyə verir

“Everton” İngiltərə premyer liqasının “Çelsi”yə qarşı tətbiq etdiyi yumşaq sanksiyalarla bağlı hüquqi müstəvidə mübarizəyə hazırlaşır.

Allsport.az xəbər verir ki, “Everton” London klubunun ciddi idman cəzasından (xal silinməsi) necə yayınmasına dair rəsmi izahat tələb edəcək.

Maliyyə qaydalarını pozduğu üçün “Everton”un 8 xalı silindiyi halda, “Çelsi” 2011-2018-ci illər arasındakı gizli ödənişlərə görə yalnız 10,75 milyon funt cərimə ilə canını qurtarıb.

Mersisayd təmsilçisi bu qərardakı qeyri-ardıcıllığı əsas gətirərək apellyasiya və ya məhkəmə iddiası variantlarını nəzərdən keçirir.

Həmin kateqoriyadan