- Baxış sayı: 47
- 10 Aprel 2025 20:48
- Baxış sayı: 73
- Aprel 13, 2025
- 0
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə “Prezident kuboku-2022” reqatasına Mingəçevirdə yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, Azərbaycan avarçəkmə federasiyasının baş katibi Fərhad Əliyev beynəlxalq yarışı yüksək dəyərləndirdi:
“Bildiyiniz kimi, reqataya Suqovuşanda start verildi. Bu, işğal olunan ərazidə ilk beynəlxaq yarış kimi tarixə düşdü. Mayın 7-də rəqabət Mingəçevirdə davam etdi. Təşkilatçılıq yüksək qiymətləndirildi.
“Prezident kuboku”nu ənənəvi etmək istəyirik. Payızda daha bir yarış planlaşdrırılır.
Komandamızın çıxışından razı qaldım. Öncül avarçəkənlərimizin hamısı fəxri kürsədə yer aldılar. Nəticələri qənaətbəxş qiymətləndirirəm. Yeniyetmə-gənclər növbəti, ölkə xaricində beynəlxalq yarışlarda iştirak edəcəklər. Dünya kuboklarında liderlərimizi sınayacağıq”.