- Baxış sayı: 61
- 03 Dekabr 2025 22:47
- Baxış sayı: 65
- Dekabr 05, 2025
- 0

FİFA referisi Fəridə Lütfəliyeva növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin “B” liqasında keçiriləcək oyunları idarə edəcək. O, II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FİFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.
Qrupun oyunları Moldovada təşkil olunacaq.