- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Aktiv idman həftəsi ilə start götürən mart ayında baharın gəlişi özü ilə gənclik ruhu və idmançı enerjisi gətirdi”.
Allsport.az xəbər verir ki, bunları Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov öz qeydlərində bildirib. Nazir əlavə edib:
“”İdman həftəsi” çərçivəsində dövlət qurumları əməkdaşları arasında stolüstü tennis yarışı; fiziki məhdudiyyətli idmançılar arasında şahmat yarışı; ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “Sağlam həyat” tədbiri; məktəblilər arasında idman viktorinası; Şəhid övladları üçün əyləncəli idman tədbiri; oturaq voleybol idmanı üzrə məşqçilik seminarı; idman veteranları ilə görüş; veteranlar arasında dama və nərd yarışı; tələbələr arasında şən startlar əyləncəli idman oyunu; məhbuslarla futbol veteranları arasında yoldaşlıq oyunu; “İdman – sən bir dünyasan!” rəsm müsabiqəsi və sərgisi, ağacəkmə aksiyası; Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri arasında qolf turniri; uşaq evləri arasında şən startlar əyləncəli estafet yarışları keçirildi. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günündə “İdman həftəsi”nə Bakıda idman paradı ilə yekun vurduq. Əlamətdar günü idman ictimaiyyətinin nümayəndələri, idman veteranları, olimpiya və paralimpiya oyunlarının mükafatçıları, idman federasiyalarının nümayəndələri, idman səfirləri və idman həvəskarları ilə birlikdə qeyd etdik. Ay ərzində beynəlxalq yarışlarda 70-dək medal qazanıldı. Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, para-karate və digər idman növlərində uğurlarımız oldu. 23 yaşadək gənclərdən ibarət sərbəst güləş üzrə Azərbaycan millisi ardıcıl 2-ci dəfə Avropa çempionu oldu. 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamızın 140 xalla titulunu qoruması bu idman növündə sabaha nikbin baxmağa əsas verir”.