- Baxış sayı: 56
- 10 Aprel 2025 22:45
- Baxış sayı: 56
- Aprel 10, 2025
- 0
Aprelin 4-də gənclər və idman naziri Fərid Qayıbov mart ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan idman akademiyasında təşkil edilən görüş dövlət himnimizin səsləndirilməsi ilə başlanıb. Ardınca nazir ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və onlara yeni qələbələr arzulayıb.
Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarxlar nümayiş olunub. Sonra atletika, atıcılıq, akrobatika, aerobika, bədii gimnastika, kişi idman gimnastikası, boks, cüdo, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, taekvondo, üzgüçülük, kapoeyra, MMA, qazaq güləşi, uşu idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.