- Baxış sayı: 410
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

VI İslam həmrəyliyi oyunları çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanı krallığının Ər-Riyad şəhərində səfərdə olub.
Allsport.az xəbər verir ki, nazir noyabrın 7-də atletlər kəndinə baş çəkib, oyunlarda iştirak edən Azərbaycan idmançıları ilə görüşüb, onların yaşayış, məşq və qidalanma şəraiti ilə maraqlanıb, komandamızın hazırlıq prosesi barədə məlumat alıb.
Fərid Qayıbov idmançılara yarışlarda uğurlar arzulayaraq, yaradılan şəraitin daha da yaxşılaşdırılması ilə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verib