- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan ağırlıqqaldıranları müstəqillik tariximizdə ilk dəfə olimpiya oyunlarında iştirak etməyəcək. Allsport.az saytı xəbər verir ki, buna səbəb IWF millimizin bütün lisenziyalarını ləğv etməsi səbəb olub.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Hyustonda keçirilən dünya çempionatı zamanı 6 idmançımız – Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun qanından götürülən analizin müsbət nəticə verməsi üzündən, millimizin topladığı bütün xalları hesabından silib.
Buna qədər, Rio-2016-ya 3 kişi azmanla yollanmağa ümid vardı. Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi iyulun 9-da keçirəcəyi iclasda London-2012-də orqanizmindən götürülən analizin təkrar yoxlanışı zamanı müsbət nəticə verən Boyanka Kostova ilə bağlı da qərarını açıqlayacaq.
Qeyd edək ki, olimpiya millimiz müstəqillik tariximizdə iştirak etdiyi bütün olimpiadada ağırlıqqaldırma növündə təmsil olunub. Atlanta-1996-da ölkəmizi Asif Məlikov, Tofiq Heydərov; Sidney-2000-də Elxan Süleymanov, Turan Mirzəyev, Nizami Paşayev, Təranə Abbasova; Afina-2004-də Asif Məlikov, Turan Mirzəyev, Nizami Paşayev, Əlibəy Səmədov, Alan Nanıyev; Pekin-2008-də Sərdar Həsənov, Əfqan Bayramov, Turan Mirzəyev, Nizami Paşayev, İntiqam Zairov; London-2012-də Valentin Xristov, Əfqan Bayramov, İntiqam Zairov, İvan Stoitsov, Veliçko Çolakov və Boyanka Kostova təmsil ediblər.