- Baxış sayı: 35
- 17 Oktyabr 2024 19:36
- Baxış sayı: 77
- Oktyabr 17, 2024
- 0
Güləş federasiyasının keçmiş baş katibi Əjdər Cəfərova yeni vəzifə verilib. Allsport.az saytı xəbər verir ki, o, 2 saylı olimpiya ehtiyat təhsil idman məktəbinə direktor təyin olunub. Məlumatı qafqazinfo.az-a Təhsil Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov da təsdiqləyib.
Əjdər Cəfərov 5 il AGF-də baş katibi olub. Ona qədər federasiyada hakimlər kollegiyasına sədrlik edib. O, 2016-cı il fevralın 4-də federasiya prezidenti Fazil Məmmədovun əmri ilə işdən tamam azad olunub.
Saytın yazdığına görə, Əjdər Cəfərovun güləşçilərin şikayətinə və maddi yeyintilərə görə federasiyadan qovulub.