- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. Allsport.az saytı xəbər verir ki, AGF-nin prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə 1-ci vitse-prezidentliyi müvəqqəti icraçı edən Sahib Ələkbərov tutduğu işdən azad edilib. Bu vəzifəyə Firdovsi Umudov təyin olunub.
Təcrübəli mütəxəssis sərbəst güləş üzrə millinin baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. İdmançı kimi karyerası ərzində dəfələrlə Azərbaycan çempionu, gənclər arasında Avropa çempionatının, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, 2004-cü ildə Bakıda keçirilən dünya kubokunun qalibi olub.
Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə Dünyanın ən yaxşı məşqçisi seçilib, ölkə başçısının sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Pprezidentinin Fəxri Diplomu” ilə təltif olunub.