- Baxış sayı: 162
- 31 İyul 2024 21:34
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bakıda Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının büro iclası keçirilib. Allsport.az saytının məlumatına görə, toplantıda FEİ-nin prezidenti şahzadə Haya Bint Əl Hüseyn və milli federasiyaların rəhbərləri iştirak ediblər.
Baş Assambleyası hər il müxtəlif şəhərlərdə təşkil olunur. Bu il tədbir ilk dəfə paytaxtımızda keçirilir. Federasiya rəhbərlərinin nümayəndələri və fəxri qonaqlar ARAF tərəfindən Bakıya dəvət olunublar. Tədbirdə federasiyanın 350 nümayəndəsi və 110 ölkədən fəxri qonaq iştirak edir ki, bu da FEİ Baş Assambleyasının tarixində rekord göstəricidir. Bütün atçılıq milli federasiyalarının nümayəndələrinin toplaşdıqları tədbirdə atçılığın inkişafına dair bütün məsələlər, maliyyələşdirmə, menecment və s. problemlər müzakirə olunur və həll edilir.
Bu il Baş Assambleyada Beynəlxalq Atçılıq Federasiyası prezidentinin seçkiləri keçiriləcək. İnqmar de Vos (Belçika), Pyer Durand (Fransa), Pyer Genesand (İsveçrə), Ulf Xenqstand (Danimarka), Con Mak İven (Böyük Britaniya) və Havyer Revuelta Del Peral (İspaniya) bu posta iddiaçıdırlar. Onlardan Con Mak İven FEI-nin vitse-prezidenti, İnqmar de Vos isə federasiyanın baş katibidir.
Azərbaycan Atçılıq Federasiyası 1996-cı ildə yaradılıb. Federasiyanın prezidenti Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevdir.