- Baxış sayı: 135
- 26 Mart 2026 23:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş premyer liqanın 13-cü turunun “Everton”la oyununda (4:0) iki məhsuldar ötürmə edib.
Allsport.az xəbər verir ki, portuqaliyalı futbolçu 34-cü dəqiqədə Markus Rəşfordun, 41-ci dəqiqədə isə Coşua Zirkzeenin qol ötürməsini verib.
Bununla da, 30 yaşlı futbolçu premyer liqada 46-cı məhsuldar ötürməsini edib və portuqaliyalı futbolçular arasında turnirin rekordunu müəyyənləşdirib. Əvvəlki nailiyyət (45 məhsuldar ötürmə) “Siti”nin yarımmüdafiəçisi Bernardo Silvaya məxsus idi.